Bakı metropoliteni gələn il üçün daha 20 vaqondan ibarət 4 qatar tərkibi sifariş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilə bağlayıb:

“Müqaviləyə əsasən, şirkət Bakı metropoliteni üçün daha 20 vaqon istehsal etməli və gələn il Bakıya yola salmalıdır.

Gələn ilin yay aylarına qədər vaqonlar istehsal edilib Bakıya göndərilməlidir. Həmin dövrə qədər Bakı metropoliteni bütün texniki şərtləri müəssisəyə təhvil verməlidir”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin lokomativ parkında 56 qatar tərkibi olmaqla 280 vaqon sərnişinlərə xidmət edir. Onlardan 19 qatar tərkibi olmaqla 95 vaqon yeni nəsil vaqonlardır.

BAKU.WS