VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Yay mövsümünün gəlişi ilə əlaqədar Bakıda bağ evi kirayə götürmək istəyənlərin sayında artım müşahidə olunur. Çoxlarının şəxsi bağı olsa da, paytaxt sakinlərinin bir qismi dincəlmək üçün Bakıətrafı qəsəbələrə üz tutmalı olurlar. Bəs qiymətlər necədir?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı azvision.az-a bildirib ki, bağ evlərinin kirayə qiymətləri evin yerləşdiyi əraziyə və şəraitinə görə dəyişir.

Ekspertin fikrincə, sakinlər ilk növbədə bağın dənizə yaxın olmasına can atırlar. Ramil Osmanlı vurğulayıb ki, həyətdə hovuzun olması da kirayənin qiymətinə təsir edir.

"Bağda meyvə ağaclarının çoxluğu və ərazidə havanın mülayimliyi də əsas meyarlar arasındadır. Novxanı bağ istirahəti üçün daha populyar və prestijli yer sayılsa da, eyni şəraitli bağ evlərini başqa kənd və qəsəbələrdə 30-40 faiz aşağı qiymətlə kirayə götürmək mümkündür. Hazırda 250-300 manata kirayə verilən bağ evləri də var. Lakin kifayət qədər bahalı qiymətə olan bağ massivləri də mövcuddur.

Bizdə olan məlumata görə, Bakıda 12 min 500 manata icarəyə verilən bağ evləri də var. Amma orta qiymətlər 500-5000 manat arasında dəyişir”.

Ekspert deyib ki, Türkan və Bilgəhdə bağ massivlərində qiymətlər daha bahadır. Mərdəkan inzibatı mərkəz olduğundan infrastrukturun yaxşı olması qiymətlərə təsirsiz ötüşmür. Əgər bağ evi bütün yay mövsümü üçün, yəni 3 ay müddətinə kirayə götürülürsə, qiymətlərdə 20 faizə qədər endirim edilir.
 
BAKU.WS