Bakının bir addımlığında piknik zonası açıldı - FOTO

Bakının bir addımlığında piknik zonası açıldı - FOTO
Sosial 49524
 

Azərbaycanın turizm sektorunda maraqlı yenilik baş verib. Bakı-Şamaxı yolunun Qobustan rayonuna yaxın ərazisində piknik zonası işə düşüb. Piknik zonası "Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərir. BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, istirahət zonası ailəvi və qrup formasında istirahəti sevənlər üçün nəzərdə tutulub.

Özü bişirib, yeyənlər üçün "cənnət"

Piknikin ərazisində  2 restoran və göl var. Amma "Qobulənd”in marketinq meneceri Heydər Əliyev bildirib ki, istirahət zonasının əsas xüsusiyyəti və başqalarınan fərqi burada  "özü bişirib özü yeyənlər” üçün də şəraitin olmasıdır. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər. Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar. 

Pulsuz istirahət imkanı

Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər ləvazimatlar kirayə verilir.  3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir. Özü ilə manqal və digər ləvazimatlar gətirənlər isə 3 saata görə 20 manat, bütün gün üçün 40 manat ödəməli olacaqlar. Menecer bildirir ki, ödənişin səbəbi ərazidə təmizlik xərcləri ilə bağlıdır. Amma ləvazminatları özü ilə gətirib sonda isə istifadə edilən ərazini təmizləyənlərdən ödəniş tələb edilməyəcək. 

Ət və quş Bakıdan ucuz, balıq pulsuz

Bundan əlavə, lazımı ərzaq və ət məhsulları da təklif edilir. Şamaxıdan gətirilən  quş əti və digər ət məhsulları şəhər qiymətləri ilə müqayisədə 1-2 manat ucuz təklif edilir. Bundan əlavə müştərilərə göldən balıq tutmaq pulsuzdur. Balıq tutmaq üçün ləvazimatların bir saatlıq kirayəsi isə 5 manatdır. Balıq ləvazimatlarını gətirənlər ödənişsiz balıq tuta biləcəklər.

Katamaran, qolf, paintbol – ucuz qiymətə

Bundan əlavə piknik zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş  etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır. Kartinqdən  10 dəqiqəlik istifadə 8 manat, yarım saatlıq qolf maşınları  sürmək isə   10 manata başa gəlir. Piknik zonasında şeytan çarxı və eletrik avtmobilləri də var. Bu əyləncələrdən istifadə isə 1 manatdır. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar. 

İstirahət üçün fərqli imkan

Menecer bildirib ki, bu ərazidə istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrupp şəklində istirahət etməyi sevənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə Bakıdan pulsuz avtobuslarla gələ bilərlər: "Bir sözlə, şəxsi nəqliyyatı olmayan ailələr də, burada günlərini maraqlı və fərqli keçirə biləcəklər".

BAKU.WS

Oxşar xəbərlər

Dənizdə istirahət mərkəzi tikilir (FOTO)

Dənizdə istirahət mərkəzi tikilir (FOTO)

Bakıda Dövlət Bayrağı Meydanının ərazisində istirahət evinin tikitisi planlaşdırılır. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, "Crystall Hall"ın yaxınlığınd...

1897 İqtisadiyyat 09:29 03 mart 2016

Son xəbərlər