Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişi ilə bağlı qərar verdi

Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib.
APA-nın "schengenvisainfo"ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər.
Əlavə edək ki, iyunun 25-dən etibarən Almaniya üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini ("Pfizer", "Moderna", "AstraZeneca" və “Johnson&Johnson") vurdurmuş turistlərinin ölkəyə girişi barədə qərar çıxarıb.
İyulun 1-də Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...
