SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı Rusiyada fəaliyyət göstərən TK “RESURS-YUQ” tərəfindən istehsal olunan və “Azfood Company” MMC (7,3 ton) və "Hereti Bottling Company" MMC (4,7 ton) tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 11,94 ton toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

BAKU.WS