Bulvarda hasarlanmış ərazidə nə olacaq? - AÇIQLANDI - FOTO

Bulvarda hasarlanmış ərazidə nə olacaq? - AÇIQLANDI - FOTO
Foto
Sosial 820

Görkəmli sənətkar, mərhum Xalq artisti Müslüm Maqomayevin heykəli Dənizkənarı Bulvar ərazisində quraşdırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, artıq heykəlin son tamamlanma işləri aparılır:

"Müslüm Maqomayevin heykəli tamamlanmaq üzrədir. Heykəl Bakı şəhərində Dənizkənarı Milli Parkda ucaldılacaq.

Xalq artistinin abidəsi artıq bərk materiala köçürülür. Yerində quraşdırma işləri heykəl tam hazır olduqdan sonra başlanacaqdır. İşlər mərhələli formada aparılır".

Qeyd edək ki, görkəmli sənətkarın abidəsinin quraşdırılacağı ərazi bir neçə gündür ki, hasara alınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Son xəbərlər