SİZİN REKLAM BURADA!
055 213 76 73


"Amnesty International" təşkilatının böhrana qarşı mübarizə üzrə Baş məsləhətçisi Donatella Rovera Gəncə terroru zamanı həyatını itirənlərdən yazıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində paylaşım edib:

"O mənim tək övladım, sahib olduğum hər şey idi", - deyə Nigarın anası mənə bildirdi. 15 yaşının tamam olması ərəfəsində Nigar 13 qohumu və qonşusu ilə birgə Ermənistan tərəfindən 17 oktyabrda Gəncəyə atılan ballistik raket hücumu zamanı öldürülüb".

Donatella Rovera digər paylaşımında isə bunları deyib:

"Anar, Nurçin və 8 qonşusu Ermənistanın 11 oktyabrda digər ballistik raket zərbəsi nəticəsində evlərində yuxuda olarkən öldülər. "Anar və Nurçinin indi 2 övladı yetim qalıb", - deyə Anarın atası bildirdi".

BAKU.WS