Bakıda 40 günlük körpəyə sahib çıxan tapılmır (VİDEO)
21
avq
2017
16:02
Respublika Perinatal Mərkəzində 40 günlük körpə tərk edilib. Oxucularımızdan biri BAKU.WS-ə körpənin anasının doğuş zamanı öldüyünü bildirib. İddiaya görə, oğlan uşağı olan körpə xəstəxanada 40 gündən çoxdur ki, qalır. Atası isə uşağını xəstəxanadan götürmür. Məsələni dəqiqləşdirmək üçün Perinatal Mərkəzə yollandıq. Xəstəxanadan BAKU.WS-ə bildiriblər ki, doğuş zamanı uşağın anası həqiqətən də ölüb. Xəstəxanadan bildirilib ki, uşağın anasına əvvəl dəfələrlə xəbərdarlıq olunub ki, ana olmaq onun həyatı üçün təhlükəlidir. Ancaq Mərkəzdən uşağın atasının ona sahib çıxmaması iddiası ilə razılaşmadılar. Bildirildi ki, bir müddətdən sonra uşağın atası gələrək onu xəstəxanadan götürəcək. Mərkəzin Məlumat Bürosundan isə körpənin nə səbəbə görə, 40 gündən çoxdur ki, xəstəxanda qalması və onun valideynlərinin Mərkəzi müraciət etməməsi sualımıza cavab verən tapılmadı. TuncayBAKU.WS
Oxşar xəbərlər
6 günlük körpənin qətlində TÜKÜRPƏDƏN TƏFƏRRÜAT: nənə körpə qızın bədəninə iynə sancıb cinin üstünə atdı
Lənkəranda 6 günlük nəvəsini öldürdüyünə görə saxlanılan Atifə Nurullayevanın istintaqa verdiyi ifadə məlum olub. BAKU.WS xəbər verir ki, "Report"un Cənub büro...