"Amnesty International"ın Baş məsləhətçisi Gəncə terrorundan yazdı - FOTO

"Amnesty International" təşkilatının böhrana qarşı mübarizə üzrə Baş məsləhətçisi Donatella Rovera Gəncə terroru zamanı həyatını itirənlərdən yazıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində paylaşım edib:
"O mənim tək övladım, sahib olduğum hər şey idi", - deyə Nigarın anası mənə bildirdi. 15 yaşının tamam olması ərəfəsində Nigar 13 qohumu və qonşusu ilə birgə Ermənistan tərəfindən 17 oktyabrda Gəncəyə atılan ballistik raket hücumu zamanı öldürülüb".
“She was my only child, she was all I had”, Nigar’s mum told me. Nigar was killed on the eve of her 15th birthday with 13 relatives & neighbours, including several #Children, in a massive ballistic missile strike launched by #Armenia’s forces on #Ganja, #Azerbaijan, on 17 Oct. pic.twitter.com/VP8eLgzqpr
— Donatella Rovera (@DRovera) December 3, 2020
Donatella Rovera digər paylaşımında isə bunları deyib:
"Anar, Nurçin və 8 qonşusu Ermənistanın 11 oktyabrda digər ballistik raket zərbəsi nəticəsində evlərində yuxuda olarkən öldülər. "Anar və Nurçinin indi 2 övladı yetim qalıb", - deyə Anarın atası bildirdi".
Anar & Nurcin & 8 neighbours were killed in their sleep their homes in another ballistic missile strike by #Armenia’s forces on 11 Oct. “Anar & Nurcin have 2 #Children who now are orphans”, Anar’s father told me, overcome by grief, by his son’s destroyed home. #Ganja #Azerbaijan pic.twitter.com/Gp07AflC1h
— Donatella Rovera (@DRovera) December 3, 2020
Oxşar xəbərlər
Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb
Bakı Media Mərkəzinin hazırladığı COVID-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video çarxı İtaliyada böyük maraqla qarşılanıb. Azərbaycan R...
