VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşayış yerlərini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində elektron kabinet yaradanların sayı 10 min 64, müraciət göndərənlərin sayı 7 min 82, təklif olunan mənzillərin sayı 983, faktiki qalan mənzillərin sayı 603 ədəddir.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun onlayn mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, müraciət edən şəxslərin orta yaş həddi 34-dür və bu şəxslərin orta aylıq həcmi min manatdan çoxdur.

Eləcə də, Bakı, Sumqayıt və Abşeron rayonunun Xırdalan şəhərindəki mənzillərin kvadrat metrə görə qiyməti və orta aylıq ödəniş açıqlanıb.

Belə ki, Bakı şəhərinin Nizami rayonu Q.Qarayev, Xətai rayonu H.Aslanov, Binəqədi rayonu 9-cu mikrorayon, Xətai rayonu Lütfi Zadə küçəsindəki mənzillərin 1 kvadrat metrinin qiyməti 1350-1500 manat, orta aylıq ödəniş isə 411 manatdır.

Abşeron rayonunun Xırdalan şəhərinin 21-ci məhəllə və Qalubiyyə küçəsindəki mənzillərin 1 kvadrat metri 1250 manat, orta aylıq ödəniş isə 333 manatdır. Sumqayıt şəhərinin Bulvar və Sülh küçəsindəki mənzillərin 1 kvadrat metri 1250 manat, orta aylıq ödəniş isə 297 manatdır.

Aşağıdakı cədvəldə aylıq ödənişlərin hesablanması qaydasına nümunə göstərilib.

Əlavə edilib ki, hazırda kredit ödənişlərinin ödənilməsində hər hansı bir problem və gecikmə, defolt halları qeydə alınmayıb, ödənişlər nizamlı şəkildə edilir.

Qeyd olunub ki, müraciəti təsdiqlənən kreditor mənzillə üç gün ərzində təmin edilir.

BAKU.WS