"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müharibədə yaralanmış Qəbələ rayon sakini Elçin Səmədovun ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə ev verilməsini öhdəsinə götürdüyü barədə xəbər vermişdim. Qeyd edim ki, qəhrəmanımızın ailəsinin evlə təmin olunmasında sosial tərəfdaşımız “Gilan Holdinq” Şirkətidir".

BAKU.WS-in məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, ailə yaxın günlərdə evlə təmin olunacaq: "Şirkət tərəfindən Elçin Səmədovun ailəsinə Qəbələ şəhərindəki yeni tikilmiş binadan bütün şəraiti olan üçotaqlı mənzil veriləcək.

Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara qayğı göstərilməsində, sosial önəm kəsb edən nəcib təşəbbüslərdə həmişə Nazirliklə fəal tərəfdaşlığına görə “Gilan Holdinq”ə təşəkkür edirik!"

BAKU.WS