1 milyondan çox insanın ölümünə səbəb olan qrip Azərbaycanda (VİDEO)
Azərbaycanda yayılan virusun H3N2 olduğu məlum olub. Həkim, professor Adil Qeybulla deyib ki, bu A virusunun bir formasıdır.
BAKU.WS-in məlumatına görə, söhbət "Honkonq qripi"ndən gedir. Ölkəmizdə yayılan bu qrip ilk dəfə 1968-ci ildə Honkonqda ortaya çıxıb.
Bu epidemiya dünya səviyyəsində təxminən 1 milyondan çox insanın ölümünə səbəb olub. "Honkonq qripi"nin yayılmasının səbəbi köçəri quşlardır. Xəstəlik 2014-2015-ci illərdə yenidən mutasiya edilib və insanların yoluxmasına səbəb olub.
"Honkonq qripi"ndən müdafiənin ən effektiv üsulu – bu peyvənddir. Bu yolla insanın xəstəliyə qarşı immuniteti yaranır və daha ağır fəsadların qarşısı alınır. Hamilə qadınlara xüsusilə, bu xəstəlikdən müdafiə olunmaq əhəmiyyətlidir.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yayılan virus "Honkonq qripi"dir: Ölüm ehtimalı yüksəkdir
"Azərbaycanda yayılan virus H3N2-dir”. Bu haqda Modern.az-a məlumat verən tanınmış həkim, professor Adil Qeybulla deyib ki, bu A virusunun bir formasıdır. А (H3...