Zülfiyyə Xanbabayevanın indiyədək görmədiyiniz evi (FOTO)
Xalq artisti Zülfiyyə Xanbabayeva geyim zövqündəndanışıb.
BAKU.WS xəbər verir ki, sənətçi öz evində "Port Baku Magazine” jurnalına müsahibə verib.
Müsahibədən kiçik bir hissəni oxucularımıza təqdim edirik:
- Alış-veriş etməyi çox sevirəm. Saatlarla alış-veriş edə bilərəm. Daha çox xarici ölkələrdə… Əhvalımı şopinqlə yaxşılaşdırıram. Hətta əvvələr mənə lazım olmayan şeyləri də alırdım. Bir dəfə bir məqalə oxumuşdum ki, " Lazım olmayan şeyləri almaq özü də bir zövqsüzlükdür”. Və bu mənə dərs oldu. Düşündüm ki, axı mən zövqsüz deyiləm, niyə belə edirəm? Və zamanında bu vərdişimdən əl çəkdim. Qarderobumda dəyər verdiyim geyim pencəklər, dəri aksessuarlar, ayaqqabı və çantalardır. İstədiyim, ancaq bədən ölçülərimı görə geyinə bilmədiyim geyimlər var. Ona görə qarderobumda dah çox ayaqqabı və çantalara diqqət ayırıram”.
Z.Xanbabayeva qızı Dənizdən də söhbət açıb:
"Dəniz bilir kimin qızıdır, amma onun üçün ilk növbədə anayam. Və o mənə etibar edir. Mən onun zövqünü körpəlikdən formalaşdırmağa başlamışam. Heç zaman düşünməmişəm ki, uşaq mütləq əlvan geyinməlidir. Dənizin qarderobunda qara rənglər də var. Artıq 9 yaşında olmağına baxmayaraq, hərdən Dəniz mənə hər hansı paltarı göstərəndə mən onun bir neçə geyimi uyğunlaşdırmağından anlayıram ki, artıq onun öz üslubu, zövqü formalaşıb. Uşaq olanda mənim zövqümü heç kim formalaşdırmayıb və mən bilmirəm bu məndə necə əmələ gəlib”.
Xalq artistinin evində baş tutan müsahibənin fotolarını oxuculara təqdim edirik:
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Röya ilə Zülfiyyə Xanbabayeva illər öncə (FOTO)
Əməkdar artist Lalə Məmmədova "İnstagram” bloqunda marağa səbəb olacaq arxiv fotosunu paylaşıb. BAKU.WS xəbər verir ki, şəkildə Lalə Məmmədova, əməkdar artist...