Bakı sakinləri haradan geyim almağa üstünlük verirlər?

Bakı sakinləri haradan geyim almağa üstünlük verirlər?
Şou-biznes 1413
 

"ACT Azərbaycan” iyulun 17-21 iyul tarixləri arasında Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir.

Oxu.Az-a şirkətdən verilən məlumata görə, əksər respondentlər geyim almaq üçün bazarlara üz tutur (70%). Alış-veriş mərkəzləri 39% səslə ikinci yerdə qərarlaşıblar.

Bahalı butiklərə gedənlər isə 13,4% səslə üçüncüdülər. Alış-veriş mərkəzlərindən kənarda yerləşən mağazalardan geyim alanlar isə 10% təşkil edir. Onlayn alış-veriş edənlər 7,8% səslə sıralamaya qoşulublar. Bazarlıq üçün xaricə üz tutanlar isə 4%-dir.

Geyim almaq üçün bazarlara üz tutanlar, əsasən, yaşlı nəslin nümayəndələridir. Belə ki, 65 yaş və daha çox yaşı olanlar (89,4%) geyim almaq üçün bazarlara gedirlər. Gənc nəslin nümayəndələri isə (18-24 yaş), əsasən, alış-veriş mərkəzlərinə (36,4%) üz tuturlar. Orta nəslin nümayəndələri (35-44 yaş) geyim almaq üçün ya butikləri (10,2%), ya da xarici ölkələri (8,5%) seçirlər.

Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər ayaqqabı almaq üçün bazarlara üz tutur (65,3%). Alış-veriş mərkəzlərini seçənlər 32,7% təşkil edir. Bahalı butiklərdən ayaqqabı alanlar 13,6%-dir. Alış-veriş mərkəzlərindən kənarda yerləşən brend mağazaları isə respondentlərin 11,4%-i seçir.

Ayaqqabılarını onlayn şəkildə alanlar respondentlərin 5,8%-ni təşkil edir.

Bazarlardan ayaqqabı alanlar yaşlı nəslin nümayəndələridir. 65 və daha artıq yaşı olan respondentlər ayaqqabı almaq üçün bazarlara daha cox gedirlər (89,4%). Gənclər isə (18-24 yaş) alış-veriş mərkəzlərini (31%) və mollardan kənarda yerləşən brend mağazaları (7,5%) daha münasib bilirlər. 

İnternetlə ayaqqabı alanlar isə əsasən 18-34 yaş aralığında olan respondentlərdir. Butiklərdən (12,4%) və xarici ölkələrdən (8,5%) ayaqqabı alanlar isə 35-44 yaş aralığında olan sakinlərdir.

Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

 

BAKU.WS

Oxşar xəbərlər

Natəvan Rusiyada ev alır

Natəvan Rusiyada ev alır

Müğənni Natəvan Həbibi Rusiyada ev alacaq. BAKU.WS xəbər verir ki, ifaçı axşam.az-a açıqlamasında bu hadqa danışıb."Sanatoriya olan yerlərdə çox oluram. Burada...

1082 Şou-biznes 21:12 26 iyul 2016

Son xəbərlər