"Zinqer" tikiş maşınları niyə baha qiymətə alınır? - Əsl səbəbi (FOTO, VİDEO)
Bütün dünyada "Zinqer" şirkətinin istehsal etdiyi tikiş maşınları ilə bağlı əfsanələr gəzir.
BAKU.WS-in məlumatına görə, qədimi tikiş maşınlarıyla bağlı əfsanələrdən birinə görə "Zinqer" şirkəti 1998-ci ilə qədər istehsal olunan maşınlarının axtarışını elan edib.
İddialara görə, bu tikiş maşınlarını geri qaytaranlara minlərlə dollar mükafat veriləcək. Məhz buna görə antikvar həvəskarları kütləvi şəkildə tikiş maşınları almağa başlayıblar. Rəsmi olaraq bu iddialar təsdiqini tapmayıb.
Başqa bir əfsanəyə görə, "Zinqer"lərin ilk istehsal olunan nümunələrində qiymətli metal sayılan palladium (gümüşü-ağ rəngli qiymətli metal) var. Yaxın vaxtlarda hətta şayiə yayılıb ki, tikiş maşının orijinal iynələrində ən nadir maddə saylan — qırmızı civə var.
Qeyd edək ki, Azərbaycanda da bu cür antikvar maşınların baha qiymətə alışı ilə bağlı elanlara rast gəlinir. İddialar mövcud olsa da şirkət tikiş maşınlarının baha qiymətə geri alınması ilə bağlı rəsmi açıqla vermir.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb
Bakı şəhərindəki barların birində əcnəbilər arasında qarşıdurma yaranıb. BAKU.WS APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən b...