Nəzir qutusundan 350 manat oğurlandı
Qubada iyun ayının 2-də vətəndaşlara məxsus mağazalardan müxtəlif məişət , ev əşyaları, ərazaq məhsulları oğurlayan 6 nəfərlik dəstənin kimliyi artıq məlum olub.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, bunlar Quba şəhər sakinləri - İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyevdir.
Onlar həm də insanların inanc yeri olan Səkinə xanım məscidinin qarşısındakı nəzir qutusundan da 350 manat pul da oğurlayıblar.
Hazırda dəstə üzvləri barədə polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Onların oğurladığı məişət əşyaları arasında qiymətli mis qab məmulatları, soyuducu, tikiş maşını və s də var. Araşdırmalar davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı terrorçu: “Mən Allahın əsgəriyəm, düz yoldayam”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik yaratmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq...