Zeynəb bu klipə 20 000 AZN-dən çox pul xərcləyib
Müğənni Zeynəb Həsəni yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, müəllifinin Elçin Məhərrəmov olduğu "Söz ver" mahnısı üçün Zeynəb kamera qarşısına keçib.
Ekran işinin rejissoru Xəyal Hüseyndir.
Klipin büdcəsinin 20 000 manat olması barədə "İncə səhər" verilişində iddia irəli sürülsə də, Zeynəb bunu təkzib edib.
"20 min manat getməyib, insanları aldada bilmərəm. Onsuz da gəlinlikdən dolayı insanlar deyəcəklər ki, bizi aldatdı. Çox xərcimiz çıxıb, amma 20 min manat deyil. Komanda da çalışanlar çox idi, mən hallallıq almağı sevirəm. Hərəsinin qonorarı fərqli idi", - deyə, Zeynəb bildirib.
Oxşar xəbərlər
Azərbaycanlı müğənni oğlunun toyunda geyindiyi açıq-saçıq libasdan danışdı
Müğənni Sevda Kazımova ilk dəfə müzakirələrə səbəb olan libasından danışıb. BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan ifaçı oğlunun toyunda ge...