İyunda neçə gün evdəyik?

İyunda neçə gün evdəyik?
Şou-biznes 501

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

BAKU.WS "unikal"a istinadən xəbər verir ki, bu, 2024-cü il üçün iş vaxtı normasında göstərilib.

Bildirilib ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda 14 gün qeyri-iş günü olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ardıcıl 3 gün iş olmayacaq

Ardıcıl 3 gün iş olmayacaq

28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günl...

3749 Şou-biznes 13:32 17 may 2023

Son xəbərlər