Yeni imicdə olan HOLLİVUD ULDUZLARI

Yeni imicdə olan HOLLİVUD ULDUZLARI
Foto
Şou-biznes 166

Bəzi Hollivud ulduzları ani qərarla imcini dəyişib. Onların bəziləri xarici görünüşlərindəki bu dəyişikliklə pərəstişkarlarını təəccübləndiriblər. Bəziləri yeni imicini Paris Moda Həftəsinə qatılaraq göstərib, bəziləri isə bunu sadəcə sosial şəbəkdə paylaşmaqla kifayətlənib.

BAKU.WS imicini yeni dəyişən həmin Hollivud ulduzlarının siyahısını təqdim edir:

Aktyor Timoti Şalame

ABŞ-li aktyor yeni filmi "Marty Supreme"də baş rolu canlandırır. O saçlarını qırxdıraraq xarici görünüşündə dəyişiklik edib. Aktyor yeni fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Yeni imicdə olan HOLLİVUD ULDUZLARI

Aktrisa Demi Mur

1990-cı illərin parıldayan ulduzu Demi də həmkarı Timoti kimi saç stilini dəyişiklik edib. O saçlarının ön hissəsinin kəkül kəsdirib. Bu saç düzümü onun pərəstiçkarlarına 19960-cı ildə çəkildiyi "Striptease" filmindəki obrazını xatırladıb.

Yeni imicdə olan HOLLİVUD ULDUZLARI

Aktrisa Nikol Kidman

Hazırda 19 illik həyat yoldaşı Kit Urbanla boşanmaq üzrə olan aktrisa xarici görünüşündə dəyişiklik edib. O yeni imici ilə ilk Paris Moda Həftəsində ictimaiyyət qarşısına çıxıb. "Chanel" brendinin dəfiləsinə qatılan Nikol qızılı saçlarına ilk dəfə kəkül kəsdirib. O bununla imicini daha da nəzərə çarpan edib.

Yeni imicdə olan HOLLİVUD ULDUZLARI

Aktrisa Pamela Anderson

58 yaşlı Pamela illərdir dəyişmədiyini sarı saçlarının rəngini dəyişib. Paris Moda Həftəsində Conde Nast tərəfindən təşkil edilən dəvətə qatılan aktrisa bu dəfə saçlarını qızılı rəngə boyatdırıb.

Yeni imicdə olan HOLLİVUD ULDUZLARI

Son xəbərlər