Yasmin Levy bu tarixdə Azərbaycana gəlir

Yasmin Levy bu tarixdə Azərbaycana gəlir
Video
Şou-biznes 259

İsrailli müğənni və bəstəkar Yasmin Levy paytaxtın qonağı olacaq.

BAKU.WS xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında sevənləri qarşısında solo konsert verəcək.

"33event"in təşkilatçılığı ilə reallaşacaq konsert dekabrın 10-da saat 20.00-da başlayacaq və 21:30-a qədər davam edəcək.

İfaçı gecə boyunca sevilən mahnılarını pərəstişkarları üçün ifa edəcək.

2000-ci ildən musiqi karyerasına başlayan sənətçi xalq və müasir alətlərin akustik müşayiəti ilə flamenko elementlərindən istifadə edir.

Onun "Voice & Piano", "Rak Od Layla Echad", "Tango", "Tango", "Sentir", "Sentir", "Live at the Tower of David, Jerusalem", "La Judería", " Romance & Yasmin" kimi ifaları var.

Yasmin bənzərsiz bir səsə malikdir və ənənəvi sefardik Ladino mahnılarını, öz kompozisiyalarını ispan dilində ifa etməsi ilə məşhurdur.

Sənətçinin konsert biletləri 49-249 AZN aralığındadır.

Biletləri şəhərin bütün kassalarından və onlayn şəkildə əldə etməyə tələsin.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhəbbət Kazımovun qardaşı vəfat etdi

Məhəbbət Kazımovun qardaşı vəfat etdi

Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşı vəfat edib. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, Qənimət Kazımov xəstəlik səbəbindən dünyasını dəyişib....

280 Şou-biznes 17:54 28 may 2026

Son xəbərlər