"Yaprak Dökümü" serialının aktyorları illər sonra bir arada
Türkiyənin reytinqli layihələrindən olan "Yaprak Dökümü" serialının aktyorları illər sonra ilk dəfə bir araya gəliblər.
BAKU.WS xəbər verir ki, ekran işinin sevilən aktyorları Ahmet Saraçoğlu (Tahsin Başsoy) və Halil Ergün (Ali Rıza Tekin) görüşüblər.
Onlar İstanbulun mərkəzi yerlərindən birində bir araya gəliblər. Aktyorların illər sonra qarşılaşması xeyli marağa səbəb olub.
Xatırladaq ki, Ahmet Saraçoğlu "Yaprak Dökümü" serialında Halil Ergünün qızı Fikretin həyat yoldaşı obrazında idi.
Onu da qeyd edək ki, "Yaprak dökümü" 2006-2010-cu illərdə ekranlara gəlib. Layihə nümayiş olunduğu müddətdə olduqca geniş tamaşaçı auditoriyasına və reytinqə malik olub.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...