"Yaprak Dökümü"nün aktrisası: "Məni "Fikret" kimi dəfn edəcəklər"
"Yaprak Dökümü" serialının aktrisası Bennu Yıldırımlar açıqlaması ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, o qonaq olduğu verilişlərdən birində illər əvvəl rol aldığı "Yaprak Dökümü" serialının təkrar-təkrar yayımlanmasından narahat olduğunu vurğulayıb.
Aktrisa narahat edən məqam ekran işi hər yayımlandığında müəllif hüquqlarına görə aktyorlara heç bir qonorarın ödənilməməsidir:
"174 bölüm yayımlanır, sonra ertəsi gün yenidən 1-ci bölümdən başlayırlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Və biz hətta qonorar da almırıq".
Sonda isə Bennu Yıldırımlar "Narahatam ki, başıma bir şey gəlsə, məni "Fikret" kimi dəfn edəcəklər" - deyərək, zarafat da edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!"
Məşhur müğənni Seda Sayan övladı Oğulcan Enginlə bağlı danışıb. BAKU.WS xəbər verir ki, Harbiye konsertindən əvvəl jurnalistlərin suallarını cavablandıran sənət...