"Yaprak dökümü"nün aktrisası: "Bu ağaca görə iki saat yarım yol getdik"

Yaprak dökümünün aktrisası: Bu ağaca görə iki saat yarım yol getdik
Video
Şou-biznes 12024

"Bu ağac üçün nə qədər yol getdik, bilirsinizmi?!"

BAKU.WS xəbər verir ki, bu sözləri İbrahim Selim ile "Bu Gece" layihəsinə qonaq olan məşhur aktrisa Gökçe Bahadır deyib.

O bildirib ki, bir gün bütün heyət bu ağacın yanında "Yaprak dökümü" serialının afişasını çəkmək üçün Tekirdağa yollanıb.

İki saat yarım yol getdikdən sonra isə afişanın çəkilişləri edilib və heyət Tekirdağdan İstanbula qayıdıb.

"İnana bilməzsiniz! Bu ağac heç bir yerdə yox idi. Sadəcə Tekirdağda var idi. Çəkiliş heyəti dedi ki, afişanı çəkmək üçün ora gedəcəyik. Biz bu ağaca görə iki saat yarım yol getdik. Lakin sonra həqiqətən ağacı görəndən sehirləndik. Ətrafda heç nə yox idi. Ərazidə sadəcə nəhəng bir ağac var idi. Biz orada çəkiliş etdikdən sonra o ağacın da öz hekayəsi oldu. Bu ağacı artıq "Yaprak dökümü" ağacı adlandırmağa başladılar" - deyə, Gökçe bildirib.

Xatırladaq ki, "Yaprak dökümü" 2006-2010-cu illərdə ekranlara gəlib. Layihə nümayiş olunduğu müddətdə olduqca geniş tamaşaçı auditoriyasına və reytinqə malik olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

27 yaşlı aktrisa özünə 12 milyonluq "Jeep" aldı

27 yaşlı aktrisa özünə 12 milyonluq "Jeep" aldı

27 yaşlı aktrisa Cemre Baysel yeni və lüks "Jeep"i ilə gündəmə gəlib.  BAKU.WS xəbər verir ki, aktrisanın maşınının qiyməti 12 milyon lirədir.  Cemre İstanbulda...

447 Şou-biznes 17:41 24 iyun 2026

Son xəbərlər