"Yanmış körpülər"in aktyorları 22 il sonra bir araya gəldilər

Yanmış körpülərin aktyorları 22 il sonra bir araya gəldilər
Video
Şou-biznes 602

Bir zamanlar sevilərək izlənilən "Yanmış körpülər" serialının baş rol ifaçıları illər sonra bir araya gəliblər. 

BAKU.WS xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli ilə aktyor və resjissor Elçin Məmiyev 22 il sonra "Günaydın Azərbaycan" verilişinin canlı efirində görüşüblər.

Proqram zamanı sözügedən filmdən arxiv kadrlar nümayiş olunub. 

Elçin Məmiyev verilişə görə Hava limanından birbaşa studiyaya gəlib. 

Xatırladaq ki,  "Yanmış körpülər" serialın ilk seriyası 2003-cü ildə, davamı 2007-ci ildə çəkilmişdir.

Serialda hadisələr əsasən Rüfət (Elçin Məmiyev), Afət (Nüşabə Ələsgərli) və Zərifənin (Vəfa Zeynalova) ətrafında cərəyan edir.  Rüfətlə Zərifə vaxtilə bir-birilərini sevmişlər. Lakin məhəbbətini var-dövlətə qurban verən Rüfət varlı Səmədağanın (Məzahir Süleymanov) qızı Afətlə evlənir. Lakin xoşbəxt olmur. 

Oxşar xəbərlər

Yaxtada istirahət edən AZƏRBAYCANLI MƏŞHURLAR

Yaxtada istirahət edən AZƏRBAYCANLI MƏŞHURLAR

Yay mövsümü başlayandan azərbaycanlı məşhurlar müxtəlif ölkələrə istirahətə gedirlər. Bəziləri həmin ölkələrdəki istirahətini kurort mərkəzlərində, bəziləri isə...

215 Şou-biznes 16:52 08 avqust 2025

Son xəbərlər