Yalçın Rzazadənin müğənni oğlu Mətin: "Təhsilə sərf etdiyim illərə heyfim gəlir, peşmanam!"
Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə etirazı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Xəbərin var?" verilişinə qonaq olan ifaçı ömrünün böyük hissəsini təhsilə ayırdığı üçün peşman olduğunu bildirib.
Mətin insanlara klassik musiqilərin maraqsız gəldiyini buna görə də artıq həmin musiqiləri ifa etmədiyini deyib. İfaçı ona dəstək olmamaından da gileylənib:
"İllərdir Yalçın müəllimin mahnılarını oxuyuram. Niyə dinləmirdiniz? Dəstək olmurdunuz? Mənə dəstək olardınız və sənətimə davam edərdim. Ona görə söz verdim ki, daha mahnı oxumayacağam. Demirəm ki, adi mahnılar oxumayacağam. Amma niyə mən klasssik əsələri oxumalıyam? Heç vaxt oxuduğum klassik əsərlərə görə mənə təşəkkür edilməyib. Təhsilə sərf etdiyim illərə heyfim gəlir, peşmanam!. Bu gün o məktəblər heç kimə lazım deyil. Kimə lazım idi bu təhsil?".
Məlumat üçün bildirək ki, Mətin Rzazadə yeni layihəsini bu yaxınlarda təqdim edib.
Oxşar xəbərlər
Toy büdcəsini zəlzələ qurbanı olan ailəyə xərclədi
Məşhur müğənni Gökhan Özen nümunəvi addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl ailə quran sənətçi bunu sadə məclislə həyata keçirib. ...