Xəstəxanaya düşən tanınmış aktyor: "Həyatım təhlükədədir"
19
iyl
2016
16:03
"Gizlənpaç" filminin çəkiliş meydançasında çətin anlar yaşayan və qəflətən halı pisləşən, təcili tibbi yardımla Mərkəzi Gömrük Hospitalına aparılan tanınmış aktyor Müşfiq Şahverdiyev publika.az-a danışıb.
Aktyorun açıqlamasını təqdim edirik:
"Vəziyyətim indi düzəlib, amma təcili müalicəyə ehtiyacım var. Həkimlər əməliyyat olunmağımı təkid edir. Düz bağırsağımda problemlər var. Aradan qaldırılmasa, yəni əməliyyat olunmasam, həyati təhlükə yarana bilər. Elə indi də həyatım təhlükədədir. Görək çəkilişlər bitsin, bu barədə qərar verəcəyəm".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı aktyor ağır xəstəlikdən əziyyət çəkir - Köməyə ehtiyacı var
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində ciddi problemlər yaranıb. BAKU.WS məlumat verir ki, bu haqda aktyorun...