Xoşqədəm Hidayətqızı: "Pis qayınanayamsa, oğluma qız verməyin"
Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o aparıcısı olduğu "Günaydın, Azərbaycan" verilişində bir müddət əvvəl gəlinlərinin ona xidmət etməli olması ilə bağlı fikirlərinə aydınlıq gətirib:
"Bunu o mənada demişəm ki, bir gün mən qocaldım, Allah uzaq etsin, xəstə oldum, gəlin dayanacaq eləcə? O mənə xidmət etməlidir. Sevdiyi oğlanın anasına qulluq etməlidir. Niyə biz sevdiyimiz üçün hər şeyə gedirik, gəlin getməməlidir? Kimsə mənim oğluma qız vermək istəmir, verməsin. Bir dənə söz demişəm, adamı söydürəcəklər. Mən deməmişəm, əlim-ayağım tutsun, gəlin də gəlib mənə qulluq etsin. Əsla. Yaşlıyamsa, oğlumu sevən qız onun anasını da sevməlidir. İki cür ana var: övladını atan, mən onlara xidmət etmərəm, biri də var, övladı üçün ömürünü, həyatını məhv edən ana. Bəri başdan deyirəm, heç kəsin qapısına gəlib yalvarmıram, pis qayınanayamsa, oğluma qız verməyin".
Ətraflı videoda:
Oxşar xəbərlər
45 yaşlı aktrisa 15 yaşlı qızı ilə qəzada öldü
Rusiyalı məşhur aktrisa Yekaterina Vedunova həlak olub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o martın 4-də keçirdiyi avtomobil qəzasında həyatını iti...