Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayılıb - Xəstəxanadan FOTO
06
avq
2019
10:27
Xəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb. Aparıcı BAKU.WS-ə açıqlamasında oğlunun vəziyyətinin yaxşılığa doğru getdiyini bildirdi:"Komadan ayılıb. Getdikcə düzəlir. Ümid edirik tezliklə ayağa qalxacaq".Xatırladaq ki, 2 gün əvvəl Yusif Kərimlinin azyaşlı övladı çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.
Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Xəzər TV-nin aparıcısının evində FACİƏ - Oğlu komadadır, baldızı öldü
Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu dənizdə batmaq təhlükəsilə üz-üzə qalıb.BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Anar Tağıyev məlumat verib:"Tel...