Xəstəliyə tutulan məşhur aktyor artıq əlil arabasında gəzir
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı aktyor Erik Deynin son halı sevənlərini məyus edib.
BAKU.WS xəbər verir ki, o ilin əvvəlində ALS (danışma və udma çətinliyinə, nəfəs problemlərinə səbəb olan proqressiv bir nevroloji xəstəlikdir) xəstəliyinə tutulduğunu açıqlayıb.
Aktyor bədənin bəzi hissələrində özünü gücsüz hiss etdiyini açıqlayıb.
52 yaşlı Erikin son halı görənləri kədərləndirib. O "Brilliant Minds" serialı ilə yenidən ekranlara qayıdır. Aktyor ekran işində də elə ALS xəstəliyinə tutulan adamı canlandıracaq.
Erik son açıqlamalarından birində "Evdə iki qızım var. Onların kolleci bitirməyini, ailə qurmağını, hətta bəlkə uşaqlarını da görməyi istəyirəm. Bütün bu gözəl hadisələrdə onların yanında olmaq istəyirəm. Ona görə də son nəfəsimə qədər bunun üçün mübarizə aparacağam" - deyə bildirib.
Qalereya
Oxşar xəbərlər
Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək
Xalq artisti Aygün Kazımova 20 il sonra yenidən qızı İlqarə ilə eyni səhnəni bölüşücək. BAKU.WS xəbər verir ki, bu anlar sənətçinin Moskvada baş tutacaq konser...