Xatun Əliyeva Rusiyada borşa görə 47 000 dollar itirib
Müğənni Xatun Əliyeva Rusiyada 47 000 dollarını itirib.
BAKU.WS xəbər verir ki, o bu barədə "Afaqla 10lar" verilişində danışıb.
Sənətçi bildirib ki, pul dolu çantanı borş yediyi restoranda unudub:
"İtki çox pis bir şeydir. Moskvada toyda idim. Toydan sonra dedim ki, acmışam. Musiqiçilərlə birlikdə marketin içində olan restorana getdik. Orada borş yedim. Çantamı masanın üzərinə qoydum, içində də 48 min dollar, pasportlar. Yeməkdən sonra ayağa qalxıb, telefonumu götürdüm hava limanına yola düşdük. Prodüserim Pənah dedi ki, sənin çantan haradadır? O an şoka düşdüm. Həmin an bütün dünya başıma fırlandı. Geri döndük, qaça-qaça girdik marketin içinə və dedim ki, çantam haradadır? Artıq davamını demirəm. O vaxta kimi restoranda çanta qalar?".
Ətraflı videoda:
Oxşar xəbərlər
Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"
Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. BAKU.WS xəbər verir ki, o, həyatın dəyəri və insanın sahib olduqlarını zamanında qi...