Xatirədən Zaura sərt cavab: "İllərdir camaat sənin iyinə necə dözsün?" (VİDEO)

Xatirədən Zaura sərt cavab: İllərdir camaat sənin iyinə necə dözsün? (VİDEO)
Video
Şou-biznes 13935

"Zaurun verilişinə getmişdim. Qrim otağında bacıma dedim ki, gör məndən sarımsaq qoxusu gəlir? İkimiz də yemişdik, üstündən çox keçmişdi. Bacım da dedi ki, yox, heç bir qoxu gəlmir”. 

BAKU.WS bu sözləri "Qafqazinfo”ya açıqlamasında Xatirə İslam deyib. Müğənni sarımsaq yeyərək efirə çıxmasına görə aparıcı Zaur  Kamalın onu ələ salmasına sərt reaksiya verib.

Xatirə deyib ki, o, Abbas Bağırova görə canlı yayımı tərk etməyib:

"Sən demə, Zaur öz telefonuna baxa-baxa bizə qulaq asırmış. Qrim otağında mənə heç nə demədi. Canlı efir başlayan kimi söz atmağa başladı. Bir-iki dəfə demək olar. Amma hər dəfə canlı efirdə təkrarlamaq nə deməkdir? Bu günə kimi mənim heç kimlə problemim olmayıb. İcazə verməmişəm ki, kimsə məni belə ələ salsın. Özümü o səviyyəyə salmamışam. Ömrümdə belə şeylər görməmişəm. Gördüm ki, Zaur çox dərinliyə gedir. Fikirləşirəm ki, ona cavab verim, ya yox? Allah səbrli insanları sevir. Düşündüm ki, onun cavabını verərəm, evdəkilər də məni tənbeh edər ki, sənə nə oldu? 

Özümə təsəlli etdim, dostumdur, cavab verməyim. Verilişdə ən yaxın dostum Abbas Bağırovla qonağam. 18 ildir ki, biz dostluq edirik. Əvvəlcədən onla da danışmışdıq. Birinci səhnəyə mən çıxdım. Sarımsaq məsələsini danışdı, mahnı oxudum. Məndən sonra Abbas gələcəkdi. Mahnı oxuya-oxuya düşündüm ki, efirdən çıxıb getdim, qabağımı Abbas kəsdi. Ona qarşı hörmətsizlik etmək istəmədim. Dişimi bağırsağıma sıxıb əyləşdim. Təsəvvür edin ki, mən instaqramda paylaşım etmək məcburiyyətində qaldım.  Dünən onun verilişində bir qonaq olub. Qayıdıb ona deyib ki, sən də sarımsaq yemisən? Deməli, Zaur öz aləmində məni ələ salır. 

Səndən neçə illərdir iylər gəlir, mən heç demirəm. Yeri gələndə sarımsağın iyi bir saatlıq şeydir. Sən buna dözə bilmirsənsə, illərdir camaat sənin iyinə necə dözsün? Sən mənim dostum-tanışımsansa, niyə belə dərinə gedirsən? Kimsə məndən dərininə zarafat edər, həyatımın qalan hissəsini ona həsr edərəm. Yəni, məcazi mənada deyirəm, ölənə kimi  o adamla məşğul olaram. Məni heç kim ələ sala bilməz. Olmaz belə, kənarda dost deyirsən, efirə çıxanda tamam başqa insan olursan. Özünə hörmət elə”. 

BAKU.WS

Son xəbərlər