Xatirədən Teymur Əmraha sərt cavab: "Kişi geyimindədirsə, kişi səsi ilə oxumalıdır" (VİDEO)
ATV-nin "Bizimləsən” verilişində qalmaqal yaşanıb.
BAKU.WS məlumat verir ki, verilişdə qonaq olan xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Elvin Qasımovun ifası müğənnilər arasında mübahisələrə səbəb olub. Müğənni Xatirə İslam G.Məmmədovanın tələbəsinin ifasını bəyənməyib və onun qadın səsilə oxuduğunu deyib:
"Kişinin qadın səsilə oxuması ayıbdır".
Müğənninin fikirləri birmənalı qarşılanmayıb. Teymur Əmrah Xatirə İslamına etiraz edib:
"Bayaq Xatirə xanımın çıxışına qulaq asdım. Demək istəyirəm ki, Allahın verdiyi səsdir. İnsanların adı olduğu kimi, səslərin də adı var. Qadın səsi var ki, kişi səsinə bənzəyir, buna deyirlər metasoprano. Buna sataşmaq, Allaha sataşmaqdır. Kişi səsi var ki, incədir. Buna da deyirlər ultra lirik tenor. Məsəlçün, mənim səsim də incədir. Bu pis qəbul edilməməlidir. Allahın verdiyi rəngdir. ".
X.İslamın isə cavabı belə olub:
"Bayaq dediniz ki, kiminsə səsinə sataşmaq, Allaha sataşmaqdır. Mən bilmək istəyirəm ki, kimin səsinə sataşmışam? Sözləri mənə deyirsiz? İnsan kişi geyimindədirsə, kişi səsi ilə oxumalıdır. Mən bu fikrimdə qalıram. Mən müəllim deyiləm, amma loru dildə başa salmağa çalışdım."
BAKU.WS
Oxşar xəbərlər
Xatirə İslamın yalanı üzə çıxdı (FOTO)
Müğənni Xatirə İslam tədbirlərdən birində fotokamera qarşısına keçib. O, hər zaman olduğundan daha arıq və gözəl görünüb. Publika.az-a açıqlama verən müğənni...