Xalq artisti "1"i ilə rekord qırdı
Ölkənin əsas ulduzu Aygün Kazımovanın bir neçə gün əvvəl işıq üzü görən "1" mahnısı izlənmə rekordları qırıb.
BAKU.WS xəbər verir ki, Pop kraliçanın Kazım Canla dueti artıq hitə çevrilib.
Bir gün ərzində yutubda trendə düşən "1" ikinci sıraya yüksəlib.
Məşhur duet "Apple Music"də top 5-likdə yer alıb. Yutub da isə mahnı 1 milyona yaxın baxış toplayıb.
"1" həmçinin TikTok-da da viral olub. Bəstəyə çəkilən videoların sayı 20 mini keçib.
Qeyd edək ki, bu Xalq Artisti Aygün Kazımovanın 2024-cü ildə hitə çevrilən ilk mahnısı deyil. Pop kraliçanın "Bilmək olmaz" və "S.O.S" mahnıları da ilin ən çox dinlənilənləri olublar.
Qalereya
Oxşar xəbərlər
Yıldız Tilbe Qəzzada 13 milyon ianə etdi, 12 min nəfərlik iftar süfrəsi təşkil olundu
Türkiyəli müğənni Yıldız Tilbe Qəzzada evsiz qalanlar üçün 13 milyon lirə məbləğində ianə edib. Bu vəsait hesabına bölgədə çadır şəhərciyi qurulub və yüzlərlə a...