"WhatsApp"dan daha bir möhtəşəm yenilik

WhatsAppdan daha bir möhtəşəm yenilik
Şou-biznes 2844

Dünyanın ən populyar sosial mesajlaşma xidməti olan "WhatsApp" daha bir problemini aradan qaldırır. Qızışan rəqabət mühitində "Facebook" bir neçə il öncə satın aldığı mesajlaşma sistemini dayanmadan yeniləməyə davam edir. ​

BAKU.WS-in məlumatına görə, artıq göndərilən video faylları izləmək daha rahat olacaq.  "WhatsApp"ın yeniliyi sayəsində videolar telefon yaddaşına məcburi şəkildə yüklənməyəcək. 

Artıq danışdığınız şəxsin göndərdiyi videoya baxmaq üçün onun uzun müddət yüklənməsini gözləmək lazım gəlməyəcək. Yenilənmə sayəsində videoları göndərilən anda izləmək mümkün olacaq. 

Əgər istəsəniz videoları yükləyə də bilərsiniz. Bu sayədə izlənilib unudulan videolar sayəsində telefonunuzun yaddaşının dolması problemi də aradan qalxır.

BAKU.WS

Oxşar xəbərlər

"WhatsApp" çoxdan gözlənilən yeniliyi işə saldı

"WhatsApp" çoxdan gözlənilən yeniliyi işə saldı

Dünyanın ən məşhur və ən çox istifadə edilən mesajlaşma sistemi olan "WhatsApp" çoxdan gözlənilən yeniliyini istifadəyə verməyə hazırdır. BAKU.WS-in məlumatın...

3219 Şou-biznes 11:54 16 noyabr 2016

Son xəbərlər