"WhatsApp" çoxdan gözlənilən yeniliyi işə saldı

WhatsApp çoxdan gözlənilən yeniliyi işə saldı
Şou-biznes 3219

Dünyanın ən məşhur və ən çox istifadə edilən mesajlaşma sistemi olan "WhatsApp" çoxdan gözlənilən yeniliyini istifadəyə verməyə hazırdır.

BAKU.WS-in məlumatına görə, artıq burada görüntülü danışmaq da mümkün olacaq. 

"WhatsApp" ötən gün görüntülü danışıqla bağlı öz tətbiqini yeniləyib. Görünüşə görə, bu xidməti sayəsində "WhatsApp"ın milyonlarla olan istifadəçisinin sayı daha da artacaq. Bu sayədə o hətta görüntülü danışıq problemi olan "Skype"də geridə qoyacaq. 

"Yaxın günlərdə bir milyarddan çox istifadəçi Android, iPhone və Windows Phone-da videozənglərdən istifadə edə biləcək", deyə şirkətin yaydığı məlumatda bildirilir. 

Bəs bu xidmətdən neçə istifadə etmək olar?  İlk olaraq "Play Store/App Store"dən "WhatsApp"ı yeniləmək lazımdır. Daha sonra görüntülü danışıq etmək istədiyiniz şəxsin profilinə daxil olun. Yuxarı sağ küncdə olan telefon işarəsinə basdıqda iki seçim gəlir - səsli və görüntülü danışıq. İstədiyinizi seçməklə rahatlıqla qarşı tərəflə əlaqə yarada bilərsiniz.

Azər Mehdiyev 

BAKU.WS

Oxşar xəbərlər

WhatsApp-dan çoxdan gözlənilən sərfəli YENİLİK

WhatsApp-dan çoxdan gözlənilən sərfəli YENİLİK

"Facebook” şirkətinə məxsus "WhatsApp” messenceri internet üzərindən üzbəüz ünsiyyət sahəsində "Microsoft”un "Skype” və "Apple”ın "FaceTime” xidmətləri ilə rəqa...

4073 Şou-biznes 19:12 15 noyabr 2016

Son xəbərlər