Vüsalə qardaşının vəfatından sonra ilk paylaşımını etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl ağır yol qəzasında qardaşını itirən aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə ilk paylaşım edib.
BAKU.WS xəbər verir ki, aparıcı uzun müddətdən sonra instaqram hesabında müğənni Elnur Məmmədovun “Xarıbülbül azadsan” mahnısında səsləndirdiyi şeirini yayımlayıb. Vüsalə bildirib ki, “Xarıbülbül” şeiri vətən sevgisindən yaranıb:
"27 sentyabr - Dəmir yumruq kimi birləşdiyimiz gün! Azərbaycanın yenidən dirçəliş, oyanış, çəkdiyi acılara hayqırış günü… Qazandıq, amma təəssüf ki, itirmədən qazanmaq olmur…
Bütün Azərbaycan yaralılarla yaralandı, şəhidlərlə şəhid oldu, qalibiyyətini dünyaya car çəkdi… Sayəndə, Azərbaycan Əsgəri! Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Bir il ərzində mən də bu Vətənin övladı kimi bacardığım qədər şəhid analarının, xanımlarının, balalarının yanında oldum, bir ömürlük borcumuzun bir zərrəsini verməyə çalışdım. Dastana çevrilən şəhidlərimiz qarşısında baş əyirəm!”
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...