Vatsapdan daha bir YENİLİK
Yeniliklərdən dərhal xəbərdar olun
Vatsap tərtibatçıları "Android"də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşırlar.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə messencerdə yeniliklərin təhlili üzrə ixtisaslaşan "WABetaInfo" portalı məlumat yayıb.
Vatsapda yeni interfeys 2.23.13.16 beta versiyasında aşkar edilib. Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl "WhatsApp" yazısı görünəcək.
Messencerin yeni versiyasında "Söhbətlər", "Status" və "Zənglər" tabları aşağı naviqasiya panelinə köçürülüb və orada "İcmalar" bölməsi əlavə edilib.
Belə bir naviqasiya paneli ilk dəfə vatsapın beta versiyasında hələ iyun ayında görünsə də, hələ messencerin sabit quruluşlarında görünməyib.
Oxşar xəbərlər
Vatsapda yeni funksiya işə düşüb
Vatsap istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "WABetaInf...