Vatsapda yeni funksiya işə düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Vatsap istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Messencer şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusa məzmun dərc etmək imkanı verəcək. Hazırda bu, yalnız "Kamera" bölməsindən fayl göndərildikdə mümkündür.
Yeni funksiya ilə birlikdə vatsapda media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək.
Bu funksiya hazırda yalnız Android üçün vatsapın beta versiyasında mövcuddur.
Oxşar xəbərlər
Azərbaycanın ilk antivirusu təqdim edildi - FOTO
Uzun zamandır üzərində işlədiyimiz zərərvericilərin analizi üçün hazırlanmış olan tətbiqin ilkin “beta” test versiyası artıq hazırdır. BAKU.WS xəbər verir ki, b...