"WhatsApp"dan tarixi yenilik. Şirkətlər üçün profillər gəlir

WhatsAppdan tarixi yenilik. Şirkətlər üçün profillər gəlir
Şou-biznes 2208
 

"WhatsApp"dan tarixi yenilik. Şirkətlər üçün profillər gəlir.

BAKU.WS-in "TECHNOTE"-ə istinadən verdiyi xəbərdə bildirilir ki, dünyanın ən məşhur mesajlaşma platforması halına gələn "WhatsApp", şirkətlərə özəl profil sisteminə keçir. Günümüzdə SMS-i "öldürən” mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır. Bunun ən məşhur nümunəsi olan "WhatsApp" isə inkişafa davam edərkən, artıq pul qazanmaq istəyir.

Daha əvvəl illik 0.50 Azn kimi bir ödəniş alan "WhatsApp", aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi. Beləliklə tətbiqdən gələn gəlirlərin qarşısını kəsən "WhatsApp", buna məntiqli bir həll üsulu tapıb.

"WhatsApp for Business" adlı bir sistem üzərində işləyən komanda, şirkətlər üçün xüsusi "WhatsApp" sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq. Yəni müştəri xidmətlərinə "WhatsApp" üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.

Hazırda xüsusilə çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən "WhatsApp" ilə əlaqə saxladığınız müştəri xidmətləri, beləcə daha əlverişli hala gələcək.

Fərqli bir interfeys və bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən "WhatsApp" , sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mail və Skype kimi servislərin qarşısına keçməyi hədəfləyir.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

"WhatsApp"da yeni DÖVR: kodu yığa bilməyən əlini üzsün...

"WhatsApp"da yeni DÖVR: kodu yığa bilməyən əlini üzsün...

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" yenilik etməyə hazırlaşır. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenilik "WhatsApp"a giriş il...

5068 Şou-biznes 10:29 24 sentyabr 2016

Son xəbərlər