Van Dammın oğlu azərbaycanlı qayınanasının görüntüsünü paylaşıb, təbrik etdi - FOTO

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, instraqram hesabında həyat yoldaşı Suada Hacızadənin anası ilə fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib.
Kristofer paylaşıma "Ad günün mübarək, gözəl qayınanam. Bu gözəl gündən zövq alın" sözlərini yazıb.
Məlumat üçün bildirək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristoferlə Suada ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurublar.

Qalereya

Oxşar xəbərlər
Van Dammın oğlundan azərbaycanlı həyat yoldaşına: "Hələ də inana bilmirəm..." - FOTO/VİDEO
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkədə yeni paylaşım edib. BAKU.WS xəbər verir ki, onun azərbaycanlı həyat yoldaşı, pianoç...