Van Dammın oğlundan azərbaycanlı həyat yoldaşına: "Hələ də inana bilmirəm..." - FOTO/VİDEO

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, onun azərbaycanlı həyat yoldaşı, pianoçu Suada Hacızadə ilə evliliyinin bir ili tamam olub. Bu münasibətlə Kris Suada ilə yeni videosunu yayımlayıb.
O, həyat yoldaşı ilə paylaşıdığı görüntülərinə "Hələ də inana bilmirəm ki, biz səninlə bir ildir evliyik, həyatımın sevgisi" sözlərini əlavə edib.
Qeyd edək ki, cütlük ötən ilin iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.
Bir müddət əvvəl Suadanın Azərbaycanda xına mərasimi baş tutub. Kristofer xına məclisinə onlayn bağlanıb. Mərasimdə cütlüyün nikahından lentə alınan kadrlar nümayiş olunub.
Qalereya

Oxşar xəbərlər
Van Dammın azərbaycanlı gəlini ərini belə təbrik etdi: "6 il dost olduq... " - FOTO/VİDEO
Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammın 35 yaşı tamam olub. BAKU.WS xəbər verir ki, Krisin azərbaycanlı həyat yoldaşı Suada Hacızadə onu a...