Valideynlərin diqqətinə: Bu oyuncaq ölümə aparır!
13
iyl
2018
09:22
Son dövrlərdə uşaqların sevimli oyuncağına çevrilmiş su topları ölüm saçır.BAKU.WS xəbər verir ki, bitkilərin böyüməsi məqsədilə və dekorativ əşya kimi istifadə olunan su topları oyuncaq mağazalarında satışa çıxarılıb.Poliakrilamid turşudan hazırlanmış nanotexnoloji məhsul su ilə təmas etdikdə 400 dəfəyə qədər böyüyür. Bu zəhərli maddə uşaqlar tərəfindən səhvən udulduqda isə nəfəs çatışmazlığı, mədə və bağırsaqlarda tıxanmalara səbəb olur.Mütəxəssislər bu vasitənin oyuncaq kimi istifadə olunmasının qarşısını almaq üçün bütün mağazalara xəbərdarlıq edilməli olduğunu bildirirlər. Suda şişən bu toplar sadəcə çiçək satan mağazalarda dekorativ məqsədlər üçün satılmalı və uşaqların əlinin çatmayacağı yerlərdə saxlanılmalıdır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib – VİDEO
Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədlidə “radiozavod”un yaxınlığındakı “LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib. BAKU.WS...