SOS: 33 məktəbin 574 şagirdində onurğa əyriliyi aşkarlanıb – VİDEO
13
dek
2017
23:09
Yevlax rayonunda 33 orta məktəbin 9228 şagirdində aparılan yoxlamalar nəticəsində onların 574 nəfərində skolioz, yəni onurğa əyriliyinin ilkin əlamətləri aşkarlanıb. Bu isə yoxlanılan hər 16 şagirddən birinin bu xəstəliyin daşıyıcısı olduğunu göstərir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu rəqəmlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin skolioza qarşı apardığı profilaktik tədbirlər zamanı qeydə alınıb. İlk baxışdan adi görünsə də, əslində onurğa əyriliyinə erkən yaşda müdaxilə edilməzsə, gələcəkdə həmin şagirdlərin hətta əlil olmasına qədər gedib çıxa bilər. Vertebroloq İradə Hacıyeva bildirir ki, uşaqların müəyyən dövrlərdə onurğa sütunlarının inkişafına xüsusi diqqət edilməli və onlar onurğa problemi yaşamamaq üçün mütləq müayinə olunmalıdırlar. Bu yoxlamalar uşaqların altı aylığında, 6 yaşında və 12 yaşında aparılmalıdır. Onurğa əyriliyinin daha erkən yaşlarda müşahidə edilməsinin ən başlıca səbəblərdən biri də uşaqların texnologiya aludəçisinə çevirməsidir. Uşaqların erkən yaşda mobil telefonda uzun müddət nəyisə izləməsi əslində onların gələcək sağlamlıqlarını təhdid altında qoymaq deməkdir. Uşaqların onurğasında əyriliklərinin yaranmasının əsas səbəblərindən biri də valideynlərin onların çantalarının ağırlığına diqqət etməmələridir. Belə ki, uşaqların çantası onların çəkisinin 10-dan birindən çox olmamalıdır. Məsələn, 40 kiloqram çəkisi olan bir uşağın çantasının 4 kiloqramdan çox olmamalıdır. Əgər kitablar bu çəkidən artıq olsa, onlar uşağın sağ və sol əlində eyni çəkidə bölüşdürülərək daşınmalıdır. Bundan başqa, yastı daban olan uşaqlar da həkim nəzarətində olmasa qaməti əyilə və gələcəkdə onurğa əyriliyinə səbəb ola bilər. Buna görə valideynlərin uşaqları yeniyetməlik dövrünə çatana qədər nəzarətdə saxlaması tövsiyə olunur. BAKU.WS
Oxşar xəbərlər
Əli Əhmədov: İcbari tibbi sığortanın məbləği aşağı olacaq
İlkin mərhələdə icbari tibbi sığortanın məbləği aşağı olacaq. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransın...