Valideynindən üz döndərən aktrisa: "Anam artıq mənim üçün yoxdur" - VİDEO

27
noy
2021
13:45
Aktrisa Sonaxanım Əliyeva anasından imtina edib.
BAKU.WS xəbər verir ki, aktrisa bu haqda "7 canlı" verilişində danışıb. Sonaxanım valideynindən çox pisliklər gördüyünü və ömrünün sonuna kimi onu bağışlamayacağını bildirib:
"Anamla küsülü deyiləm. Nankor övlad da olmamışam. Amma o insan artıq mənim üçün yoxdur. Övlad anasına nankorluq etsə, bu, qəbul edilə bilər. Amma ana bunu etsə, bu, bağışlanmazdır.
Əgər ana övladını dünyaya gətirib, ona əzab-əziyyət verib, nifrət dolu addım atırsa, bu, heç vaxt bağışlanmaz. Mən analı yetiməm. Sadəcə illər keçdikcə hər şeyi uddum".
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...