Üzeyir Mehdizadə: "Gərək əvvəl də belə edərdim"

Üzeyir Mehdizadə: Gərək əvvəl də belə edərdim
Video
Şou-biznes 705

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı müğənni Üzeyir Mehdizadə olub.

Bir çox ölkələrdə mahnıları trendə çevrilən, dünyanın fərqli arenalarında konsertlər verən müğənni məqsədlərindən danışıb:

"20 ildir ki, bu sənətlə peşəkar şəkildə məşğulam. Hazırda olduğum yerdən məmnunam. Məqsədim budur ki, necə ki bizə xaricdən müğənnilər gəlir, insanlarımız xarici musiqiləri dinləyirlər, bizdən də bunları edənlər olsun. İlk olaraq isə özüm etməyə çalışacağam".

İnsanlara pozitivliyi aşılamağın şərt olduğunu deyən Ü.Mehdizadə bildirib ki, indi oxuduğu mahnılarında daha diqqətli olmağa çalışır:

"Gənc yaşlarımda elə mahnılarım olub ki, bu gün onları məndən istəsələr də, oxumaram. Əyləncəli mahnılar dünyada ən çox tələb olunanlar siyahısındadır. Mənim də bu cür mahnılarım olub. Bu gün isə xarakterimlə bağlı olaraq düşünürəm ki, əvvəllər onlardan üç idisə, kaş bir olardı. İnsanlara pozitivliyi aşılamaq şərtdir, amma həddində olsa, yaxşıdır. İndi mahnılarımın sözlərinə fikir verməyə çalışıram, çox ehtiyatlı davranıram, gərək əvvəl də belə edərdim".

Keçmişinin ona stimul verdiyini söyləyən müğənni qeyd edib ki, səhvlərdən heç kim sığortalanmır:

"Keçmiş barədə çox düşünən insanam. Ötüb keçən günlərimə elə-belə yanaşmıram, onlar indi belə mənə çox şey öyrədir. Əvvəl yaşadıqlarımı yaşamasaydım, başqa düşüncədə olardım".

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Nadir Qafarzadə ailə fotolarını paylaşdı

Nadir Qafarzadə ailə fotolarını paylaşdı

Müğənni Nadir Qafarzadə sosial şəbəkə izləyiciləri ilə yeni ailə fotolarını bölüşüb. BAKU.WS xəbər verir ki, paylaşılan şəkillərdə sənətçinin həyat yoldaşı Sevi...

2315 Şou-biznes 08:55 14 sentyabr 2025

Son xəbərlər