Uşaq yaşlarından seriallara çəkilən aktrisadan ETİRAF
Amerikaya köçdükdən sonra aktrisalığa fasilə verən Ceyda Ateş etirafı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o jurnallardan birinə müsahibəsi zamanı uşaq yaşlarında bu sənətdə olmağın çətinliklərindən danışıb.
"Uşaq yaşlarında başlayan bu yol mənə ən çox səbrli olmağı və özümü tanımağı öyrətdi. Kiçik yaşda məsuliyyət daşımaq, intizamla işləmək məcburiyyətində qalırsan. Bu gün geriyə baxanda yaşadığım hər bir təcrübənin məni həm peşəkar, həm də şəxsi baxımdan daha güclü etdiyini görürəm" - deyə o bildirib.
Qeyd edək ki, Ceyda Ateş karyerasına 5 yaşında başlayıb.
"Gurbet Kadını", "Aşk Oyunu", "Elveda Rumeli" və "Cennet Mahallesi" kimi seriallarda rol alan Ateş, "Adını Feriha Koydum" serialında canlandırdığı Hande obrazı ilə məşhurluğun zirvəsinə çatıb.
Aktrisa 2018-ci ildə Buğra Toplusoy ilə evləndikdən sonra Amerikaya köçüb. Talia adlı bir qızı olan Ateş daha sonra karyerasına fasilə verib.
Oxşar xəbərlər
Aygün Kazımovanın dəbdəbəli evindən görüntülər
Xalq artisti Aygün Kazımova lüks evi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında yaşadığı mənzilindən görüntülər paylaşıb. Kadrlarda...