Türkiyəli nazir İbrahim Tatlısesi xəstəxanada ziyarət etdi
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sənətçi İbrahim Tatlısesi ziyarət edib.
BAKU.WS xəbər verir ki, Tatlıses uzun müddətdir Ankara Bilkent Şəhər Xəstəxanasında fizioterapiya müalicəsi alır.
Nazir Ersoy da onu elə bu xəstəxanada ziyarət edib və səhhəti ilə maraqlanıb.
Xəstəxanın baş həkimi, professor Emre Adıgüzel və fizioterapevt Caner Tan sənətçinin müalicə prosesi barədə nazirə ətraflı məlumat veriblər.
Nazir Ersoy sənətçi ilə səmimi söhbət edərək ona tezliklə sağalmasını arzulayıb.
Ziyarətdən sonra o sosial media hesabında paylaşım edərək İbrahim Tatlısesə şəfa dilədiyini qeyd edib:
"Türk musiqisinin sənətkarı İbrahim Tatlısesi müalicə aldığı xəstəxanada ziyarət etdik. Həkimlərindən səhhəti barədə məlumat aldıq. Arzu edirəm ki, imperator ən qısa zamanda tam sağalaraq yenidən aramıza dönsün. Özünə bir daha keçmiş olsun deyirəm".
Oxşar xəbərlər
Röya Aygün Kazımovanın repertuarından "Uzaqlıq"ı seçdi
Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən "Uzaqlıq" mahnısını fərqli ifa tərzi ilə təqdim edib. BAKU.WS x...