Türkiyəli məşhurlar hansı lüks avtomobilləri sürür?

Dünya sənət aləmində məşhurlar adətən qazancını ya daşınmaz əmalaka ya da lüks avtomobillərə xərcləyir. Türkiyəli məşhurlarda elə həmin kateqoriyadandırlar. Lüks markalara aid bahalı maşınları alıb sürən kim.. Onların sayını ilbəil artırıb maşın kolleksiyası yığan kim...
Bu dəfə BAKU.WS saytı türkiyəli məşhurların hansı lüks avtomobiləri idarə etdiyini araşdırıb.
Sözügedən siyahını oxuculara təqdim edirik:
Fenomen Enes Batur
Yutubda videoları milyonlarla baxış toplayan Enes Batur bahal maşını lan məşhurlar arasındadır. Onun sarı rəngli bahalı "Hummer"i var.

Aktyor Burak Özçivit
Burak Özçivit həm aktyor və həm də keçmiş modeldir. Serialların və filmlərin ən çox axtarılan simasının tünd qırmızı rəngli "Ferrari"si var.

Müğənni Alişan
Alişanı ən son keçirdiyi qəzada sonra avtomobilinin markasını dəyişməyə qərar verdi. O, hazırda "Volvo XC90" sürür.

İş adamı Acun Ilıcalı
Televiziya proqramları ilə adından söz etdirən Acun Ilıcalının çoxlu sayda avtomobili var. Bu yaxınlarda isə "İstanbul Autoshow"da yeni "Aston Martin DB11" sifariş etdiyi bildirilir.

Aparıcı Murat Ceylan
"Survivor" yarışması ilə məşhurlaşan Murat Ceylan tez-tez "Porsche" markalı maşını ilə görüntülənir.

Fenomen CZN Burak
Sosyal medyada paylaşdığı yemək videoları ilə məşhurlaşan CZN Burak "Ford Mustang", "Porsche Panamera" və "Range Rover"ə sahibdir.

Müğənni Murat Boz
Murat Boz sonuncu dəfə "Mercedes AMG GTS" markalı avtomobildə görüntülənib.

"Şaxtyor Donetsk" klubunun baş məşqçisi Arda Turan
Arda Turanın hazırda "Audi RS 6" markalı maşını var.

Komediyaçı Cem Yılmaz
Cem Yılmaz "Mercedes AMG GTC" markalı maşınını daha çox İstanbulun mərkəzi yerlərində idarə edir.

Müğənni Oğuzhan Koç
Oğuzhan Koçun "Rolls Royce Phantom" markalı maşını var.

Oxşar xəbərlər
Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi
Sosial şəbəkələrdə corab satdığı görüntüləri yayıldıqdan sonra diqqət mərkəzinə düşən aktyor Allahverdi Yolçuyev işlə təmin edilib. BAKU.WS xəbər verir ki, bu b...