Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR
Foto
Şou-biznes 154

Azərbaycanlı məşhurların bəziləri hazırda Türkiyədə fəaliyyət göstərirlər. Onlar əsasən musiqi, model və film kimi sektorlarda çalışırlar. Bu məşhurlar arasında aktrisa və modellər üstünlük təşkil edir.

Bu dəfə BAKU.WS saytı olaraq qonşu ölkədə fəaliyyət göstərən və fəaliyyət göstərmiş məşhurları araşdırdıq. Həmin siyahını oxuculara təqdim edirik:

Aktrisa Nəsrin Cavadzadə

Nəsrin uzun illərdir Türkiyədə yaşayır və orada fəaliyyət götərir. O, serial sektorunda çalışır. Aktrisa bu günə qədər bir sıra reytinqli ekran işlərində rol alıb. Bunlar arasında "Al Yazmalım", "Küçük Ağa", "Bizim Hikaye", "Yasak Elma" və "Sandık Kokusu" kimi layihələr var.

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Model və aktrisa Könül Əzizova

O da Nəsrin Cavadzadə kimi uzun illər Türkiyədə yaşayıb və orada fəaliyyət göstərib. Könül Əzizova model olub. Bir çox ölkələrin tanınmış modelyerlərinin dəfilələrində çıxış edib. O modelliklə yanaşı aktrisa kimi də fəaliyyət göstərib. Könül, "TRT" kanlında yayımlanan "Məni belə sev" serialında da rol alıb. O daha sonra Azərbaycana qayıdıb.

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Aktrisa Məlahət Abbasova

Məlahət Abbasova da uzun illərdir Türkiyəyə köçüb və orada fəaliyyət göstərir. Abbasova serial sektorundadır və bu günə qədər bir çox serialda rol alıb. Bunlar "Min bir gecə" (2006), "Esaret" (2022) kimi ekran işləridir.

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Günel Zeynalova

Sənətçi uşaqlıq illərindən ailəsi ilə Türkiyəyə köçərək orada fəaliyyət göstərir. Günel dəfələrlə qonşu ölkədə verilişlərə dəvət olunub. Türkiyədə kliplər çəkdirib və layihələr təqdim edib. Türkiyə mediasında və mətbuatında "Azəri qızı" kimi təqdim edilir.

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Model Günay Musayeva

Model uzun illərdir Türkiyədə yaşayır və orada moda sektorunda fəaliyyət göstərir. O, Türkiyəni xarici dəfilələrdə təmsil edir. Model illər əvvəl türkiyəli aktyor Tolqa Karayellə də ailə qurmuşdu. Daha sonra cütlüyün yolları ayrıldı. Günayın bu evlilikdən Cahangir adlı bir oğlu var.

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Aktrisa Nuranə Bağıyeva

Nuranə Bağıyeva Türkiyədə uzun illər film və serial sektorunda çalışıb. O "Adını Feriha Koydum", "Lale Devri", "Esra" kimi reytinqli seriallarda rol alıb. Star TV-də yayımlanan "Göç zamanı" serialında da rol alıb. Lakin orada açıq-saçıq səhnəyə çəkilməyi qəbul etmədiyi üçün ekran işindən çıxarılıb. Nuranə ekran işində "Hande" obrazını canlandırıb.

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Aktrisa Yağmur Şahbazova

Yağmur Şahbazova da Türkiyədə fəaliyyət göstərən məşhurlarımızdandır. O da serial sektorundadır. Yağmur reytinqli "Yemin" serialında çəkilib. O serialda "Narin "obrazını canlandırıb. Yağmur Əməkdar artist Esmiralda Şahbazovanın qızıdır.

Türkiyədə fəaliyyət göstərən AZƏRBAYCANLI MƏŞHURLAR

Son xəbərlər