Türkiyədə 2 nəfərin öldüyü, 22 nəfərin yaralandığı avtobusda məşhur aktyorun qardaşı da var imiş
Türkiyədə 2 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı ağır yol qəzasının yeni təfərrüatı bəlli olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yaşanan zaman məşhur aktyor Umut Oğuzun qardaşı Okan Oğuz da avtobusda olub.
Qəza zamanı o ağır bədən xəsarətləri alıb. İzmirdə yaşayan Okan Oğuz Bodrumda çəkilən "Daha 17" serialının operatorudur.
O işə getmək üçün avtobusa minib, lakin avtobus onu ünvana çatdırmadan qəzaya uğrayıb.
Qardaşının qəzaya düşdüyünü öyrənən aktyor Umut Oğuz istirahətə getdiyi Alanyadan qayıdıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Qaziantep şəhərində ağır yol nəqliyyat hadisəsi yaşanıb.
Hadisə şəhərin Nurdağı ərazisində qeydə alınıb.
Konya-Kahta reysi ilə hərəkət edən sərnişin avtobusu hərəkətdə olarkən yük maşını (TIR) ilə toqquşub.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, 22 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
Afaq Gəncəli 49 yaşını xanımlarla qeyd etdi
Məşhur aparıcı Afaq Gəncəlinin 49 yaşı tamam olub. BAKU.WS xəbər verir ki, o yaxın dostlarını bir araya yığaraq özünə doğum günü məclisi təşkil edib. Bu barəd...